xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Ukrayna Ali Radasının deputatı: “Biz Azərbaycandan çox şeyi öyrənirik”

10-04-2021, 13:41 61 dəfə baxılıb

Ukrayna Ali Radasının deputatı: “Biz Azərbaycandan çox şeyi öyrənirik”


Bu gün, 10 aprel tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək, daha sonra Ukrayna Baş nazirinin müavini, Müvəqqəti İşğal olunmuş Ərazilər naziri Aleksey Reznikov Azərbaycana yola düşəcək.

Ukrayna Ali Radasının deputatı, Ukrayna Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Dövlət Təhlükəsizliyi və Müdafiə Alt Komitəsinin rəhbəri İrina Vereşuk Caliber.Az-a Ukraynanın şərqində davam edən kəskinləşmə fonunda Kiyevin “Türkiyə istiqaməti”ndəki diplomatik fəaliyyətini şərh edib.

O əvvəlcə Azərbaycanla bağlı uzunmüddətli əlaqələrdən danışıb:

“Uzun müddətdir davam edən sabit siyasi, iqtisadi və mədəni əlaqələrimiz var. Ukraynadakı Azərbaycan diasporunun sayı 50 mindən çoxdur (söhbət Azərbaycan vətəndaşlarından gedir - red.). Ukrayna və Azərbaycan bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Son illərdə həm Ukrayna, həm də Azərbaycan yerli silahlı qarşıdurmalarda iştirak etmək məcburiyyətində qaldı. Azərbaycandan öyrəndiyimiz şeylər var. Yəqin ki, Azərbaycan da bizdən nəsə öyrənir”.

Vereşuk Ukrayna Prezident Vladimir Zelenskinin Türkiyədə bu gün başlayan səfərindən də bəhs edib:

“Bildiyim qədər Ukrayna və Türkiyə liderləri iqtisadi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü olaraq təbii ki, müdafiə sahəsində əməkdaşlıq mənə daha çox maraqlıdır. Hərbi gəmi və PUA-ların inşası ilə bağlı ciddi əməkdaşlıq perspektivləri var. Krımla bağlı qarşılıqlı anlaşma var. Ona görə də Türkiyə istiqaməti ilə bağlı nikbinəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi