xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə

9-10-2021, 11:31 40 dəfə baxılıb

Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə


Bu yaxınlarda Balkan ölkələrinin bir qrup jurnalisti Azərbaycanda səfərdə olub.
“Report” xəbər verir ki, media nümayəndələri bir sıra məqalə və reportajlar hazırlayıblar.

Bosniyalı jurnalistlər Adis Delikoviç və Emir Morina hazırladıqları iki reportajdan birini - Qarabağla bağlı 30 dəqiqəlik filmi sentyabrın 21-də Bosniya İctimai Kanalının (BHRT) praym-taymında (saat 20.00) təqdim ediblər. Filmdə Qarabağ münaqişəsinin tarixi, ötənilki müharibə və Azərbaycan Ordusunun uğurları, həmçinin erməni tərəfin vandalizm aktları və mülki əhaliyə hücumları geniş şəkildə əks etdirilib. Bakı, Gəncə, Ağdam və Şuşada çəkilmiş kadrlarda həmçinin azərbaycanlı rəsmi şəxslərin və ekspertlərin də fikirlərinə yer verilib.

Eyni zamanda bu yaxınlarda Azərbaycana səfər etmiş jurnalist Boyan Stoykovskinin Qarabağla bağlı məqaləsi Şimali Makedoniyanın MKD.mk saytında dərc olunub. Münaqişədən sonra Qarabağın dirçəldilməsi, minalardan təmizlənməsi, köçkünlərin qaytarılması planlarına toxunan müəllif yazıda bəzi azərbaycanlı müsahiblərinin fikirlərinə də yer verib. Jurnalist Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar daha bir geniş, ingilisdilli məqaləsi Balkan regionu ilə bağlı ən böyük mətbu orqanlardan sayılan “Balkan Insight”da yayımlanıb. Qeyd edək ki, “Balkan Insight” “Facebook”da 100 minə, “Tvitter”də 60 minə yaxın izləyiciyə malikdir. Həmçinin Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar digər yazısı da işıq üzü görüb. Bundan başqa, Boyan Stoykovskinin “Zdnet” üçün yazdığı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yeni texnologiyalar və innovasiyalar əsasında rekonstruksiyası ("ağıllı yaşayış məntəqələri") barəsində məqaləsi eyni platformanın fransızdilli versiyasında da yayımlanıb. Bu səhifənin “Facebook” platformasında 44 minə, “Tvitter”də 60 minə yaxın izləyicisi var.

Bosniya İctimai Kanalının radio efirindəki “Ino magazin” proqramının qonağı müxbir Adis Delikoviç olub və proqramın bir hissəsi onun Azərbaycanla bağlı təəssüratlarına həsr olunub. Adis Azərbaycanda olduğu 7 gün müddətində hazırladığı videoreportaj barədə danışıb, ölkəmizdə ona göstərilən qonaqpərvərlikdən söz açıb. O bildirib ki, Azərbaycan ötənilki müharibədən qalib kimi çıxaraq öz torpaqlarını Ermənistandan geri ala bilib. O, münaqişənin tarixindən danışaraq Ermənistanın 90-cı illərdə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal etdiyini, BMT qətnamələrinə məhəl qoymadığını və bir milyon azərbaycanlının qaçqına çevrildiyini bildirib. Adis Şuşanın işğaldan azad olunması əməliyyatına da toxunub. İşğaldan azad olunan torpaqların tamamilə dağılmış olduğunu, Azərbaycanın hazırda böyük rekonstruksiya işləri həyata keçirdiyini qeyd edən müxbir səfər təəssüratlarını danışdıqdan sonra proqram Azərbaycan mahnısı ilə bitib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi