xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Ermənilər Azərbaycanda haranı gəzib? - Rəsmi açıqlama

26-11-2019, 14:39 61 dəfə baxılıb

Ermənilər Azərbaycanda haranı gəzib? - Rəsmi açıqlama


Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı bəyanat verib. "Qafqazinfo"ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqlı səfərlər ediblər:

"Səfəri ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik və onun Bakı, Yerevan və Xankəndində olan nümayəndələri təşkil ediblər.

Səfər müddətində erməni jurnalistləri azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri görüşlər keçirmiş, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən provaslav rus, yəhudi, katolik kilsələləri ilə tanış olmuş, ASAN xidmət, DOST Mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin, erməni jurnalistlərin Bakının mərkəzində olan və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar.

Erməni jurnalistləri ilə görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak edib.

Erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühit, sülh və sabitlik, dövlətin vətəndaşa göstərdiyi xidmətlər, regionların çiçəklənməsini öz gözləri ilə görüb və tanış olublar.

Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.

Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabag bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq".

Xatırladaq ki, Ermənistan tərəfdən Azərbaycana “Şant” telekanalının icmalçısı Artyom Yerkanyan, “Mediamaks” informasiya agentliyinin baş redaktoru David Alaverdyan və İctimai Televiziyanın jurnalisti Edqar Elbayan, Azərbaycan tərəfdən isə Ermənistana “Trend” xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev, “1news.az” saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Kavkaza”nın Azərbaycandakı müxbiri Orxan Yolçiyev səfər ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi