xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Şuşaya getməyən ölkələrin regionda əsas iqtisadi tərəfdaşı Azərbaycandır - Deputat

12-07-2021, 10:23 7 305 dəfə baxılıb

Şuşaya getməyən ölkələrin regionda əsas iqtisadi tərəfdaşı Azərbaycandır - Deputat


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Şuşaya getməkdən imtina etməsi təəssüf doğursa da, bunun Azərbaycanın haqq işinə və eləcə də, işğaldan azad olunan torpaqlarımızın bərpa və quruculuq işlərinə hər hansı təsirləri olmayacaq.

"Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sözügedən ölkələrin bu məsələdə sərgilədikləri mövqelərinə rəğmən həmin dövlətlərin regionda əsas iqtisadi tərəfdaşı məhz Azərbaycandır:

"2019-cu ildə Azərbaycanın ABŞ, Fransa və Rusiya ilə ümumi ticarət dövriyyəsi 4 milyard 601 milyon dollar olub. Uyğun olaraq Rusiya ilə 3 milyard 22 milyon dollar, ABŞ ilə 791 milyon 884 min və Fransa ilə 787 milyon 366 min dollarlıq dövriyyə qeydə alınıb. WITS-in məlumatına görə, həmin il Ermənistanın sözügedən 3 ölkə ilə ümumi ticarət dövriyyəsi 2 milyard 209 milyon dollar olub. Düşmən ölkənin əsas xarici ticarət tərəfdaşı 2 milyard 209 milyon dollarlıq dövriyyə ilə Rusiyadır. Uyğun olaraq ABŞ ilə 183 milyon 93 min, Fransa ilə isə 91 milyon 666 min dollarlıq xarici ticarət dövriyyəsi qeydə alınıb".

"Cənubi Qafqaz ölkələri ilə olan ticarət ABŞ, Fransa və müəyyən mənada Rusiyanın ümumi ticarət dövriyyəsində xüsusi paya malik olmasa da, bu göstəricilər ölkələrin regiondakı iqtisadi güclərini aydın şəkildə göstərir. Azərbaycan işğal altında olan torpaqlarını, o cümlədən Şuşa şəhərini Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordusu sayəsində azad etdi. Bəzi dövlətlərin hansı mövqelərdə olmasından asılı olmayaraq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ölkəmizin iqtisadi gücü ilə yenidən qurulacaq və inkişaf edəcək. Bu yeni reallığın formalaşdırdığı həqiqətdir", - deyə millət vəkili əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi