xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 
  • 13:49 – Prezident və birinci xanım Şamaxıda 
  • 12:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi 

Daxili işlər nazirinin birinci müavini hesabat verəcək, hökumət parlamentdə toplanacaq

24-03-2021, 12:07 77 dəfə baxılıb

Daxili işlər nazirinin birinci müavini hesabat verəcək, hökumət parlamentdə toplanacaq


Milli Məclisdə bir neçə mühüm sənədin müzakirəsi gözlənilir.
Oxu.Az-ın məlumatına əsasən, Novruz tətilindən sonra İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsi dinləniləcək. Sənəd martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılsa da, hələlik parlamentin plenar iclasında təqdim edilməyib.

Bundan bir müddət sonra isə Hesablama Palatası öz işi barədə Milli Məclisə hesabat verəcək.

Qeyd edək ki, Hesablama Palatası ildə iki dəfə - yaz sessiyasında, aprelin 15-dən gec olmayaraq və payız sessiyasında, oktyabrın 15-dən gec olmayaraq, hesabat verir.

Palatanın sədri Vüqar Gülməmmədov 2020-ci ildə keçirdiyi yoxlamalar barədə məlumatları deputatların diqqətinə çatdıracaq.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı da parlamentə təqdim olunacaq.

Bu, bir qayda olaraq may ayına təsadüf edir. Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun təqdim etməsi gözlənilir.

Daha sonra isə “2020-ci ilin büdcəsinin icrası” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Müzakirələrdə hökumət üzvləri də iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi