xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi

1-05-2026, 15:12 12 dəfə baxılıb

Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi


Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Musa Qara oğlu Abbasov Kliniki Tibbi Mərkəzə direktor təyin edilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

M.Abbasov 1996-2003-cü illərdə Azərbaycan və Ukraynada bir sıra xəstəxanalarda həkim olaraq fəaliyyət göstərib. 2003-2014-cü illərdə Mərkəzi Klinik Xəstəxanada fəaliyyət göstərərək baş həkim, baş direktor və direktorlar şurasının üzvü kimi müxtəlif rəhbər vəzifələrdə çalışıb. Eyni zamanda Mərkəzi Klinikanın Gəncə diaqnostika və klinik xəstəxanalarında baş həkim, baş direktor vəzifələrində fəaliyyət göstərib.

2014-2020-ci illərdə "Bona Dea" Beynəlxalq Hospitalında baş direktorun müavini və baş həkim vəzifələrini icra edib.

2020-ci ildən hazırkı təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb. ABŞ, Almaniya, Belçika, Türkiyə kimi ölkələrdə xəstəxana idarəetmə sistemi (HIS) konfranslarının iştirakçısı olub.

Musa Abbasov 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Əməkdar həkim" adı ilə təltif edilib. O, I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. 2020-ci ildə Vətən müharibəsi zamanı rəhbərlik etdiyi tibbi heyətlə birlikdə yüzlərlə yaralı hərbçinin əməliyyat və müalicəsinin təşkilində mühüm rol oynayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi