xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

15-10-2025, 16:00 7 dəfə baxılıb

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO


Uşaqlarda uzunmüddət telefona baxmaq - yəni başın daim önə əyilmiş vəziyyətdə qalması boyun və başın ön hissəsindəki əzələlərə, fassiyalara və servikal (boyun) fassiya zəncirlərinə daimi gərginlik yaradır.

Bu sözləri fizioterapevt Nuriyyə Əlibəyli deyib. O bildirib ki, uzun müddət belə dayandıqda damarlar sıxılır, beyin qan dövranı zəifləyir:

“Hətta yaddaş zəifləməsinə gətirib çıxara bilər.

Normalda insan başının çəkisi təxminən 4-5 kq olur. Lakin baş 30-60° bucaq altında öndə tutulduqda, boyun fəqərələrinə düșən təzyiq 20-25 kq-a qədər artır”.

Fizioterapevt bu vəziyyət uzunmüddətli olacağı təqdirdə yaşana biləcək problemlərdən də söz açıb:

* Boyun əzələlərində xroniki gərginlik;
* Servikal lordozun azalması;
* Baş ağrısı və çiyin ağrıları;
* Hətta gələcəkdə onurğa deformasiyası müşahidə oluna bilər.

Uşaqlarda böyüklərlə müqayisədə daha təhlükəlidir, çünki:

* Onların sümükləri hələ tam sərtləşməyib;
* Əzələ ve bağ sistemi inkisaf mərhələsindədir;
* Duruş refleksi zəifdir və asanlıqla dəyişir.

Mütəxəssis boyun və onurğa problemlərinin qarşısını almaq üçün bir neçə tövsiyə də verib:

1. Telefon ve planşet istifadəsini gündə 1- 2 saatla məhdudlaşdırın;
2. Ekranı göz səviyyəsinə qaldırın;
3. Hər 20-30 dəqiqədən bir fasilə verin;
4. Boyun üçün sadə streçing və hərəkət məşqləri etdirin;
5. Açıq havada fiziki aktivliyi artırın.

Uzunmüddətli hallarda proprioseptiv disfunksiya - bədənin məkan hissi pozulur, uşaqda duruş pozğunluğu (skolioz, kifoz, lordoz, başın yan tutulması) inkişaf edə bilər.
Osteopatik baxımdan, bu vəziyyət "anterior head syndrome" və ya "text neck" kimi tanınır. Müalicədə əsas məqsəd - aponevroz və fassiya gərginliyini aradan qaldırmaq, kəllə-bazis əlaqəsini normallaşdırmaq və düzgün duruşun bərpasıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi