xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Mirmehdi Mircavadzadə: Xalqının sağlamlığının qorunmasına böyük töhfə verən alim

19-04-2023, 01:23 97 dəfə baxılıb

Mirmehdi Mircavadzadə: Xalqının sağlamlığının qorunmasına böyük töhfə verən alim


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Tuva Tibb Mərkəzinin direktoru Mirmehdi Mircavadzadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Tuva Tibb Mərkəzinin direktoru Mirmehdi Mircavadzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mirmehdi Mircavadzadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mirmehdi Mircavadzadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Tuva Tibb Mərkəzinin direktoru Mirmehdi Mircavadzadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Tuva Tibb Mərkəzinin direktoru Mirmehdi Mircavadzadə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mirmehdi Mircavadzadə bu işin müqəddəsliyini qoruyub saxlayır. Mirmehdi Mircavadzadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Mirmehdi Mircavadzadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mirmehdi Mircavadzadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mirmehdi Mircavadzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Tuva Tibb Mərkəzinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mirmehdi Mircavadzadə özünü doğruldub. Bizdə hörmətli Mirmehdi Mircavadzadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Tuva Tibb Mərkəzinin direktoru Mirmehdi Mircavadzadə - Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyeva XX əsrin ortalarında tibb elmində inqilabi kəşflərə imza atmışdı. Ötən əsrin 40-cı illərində gözü zədələyən və ağır nəticələrə səbəb olan traxoma infeksion xəstəliyi Azərbaycanda geniş yayılmışdır. Bu xəstəliklə mübarizə tək oftalmologiya sahəsində deyil, ümumilikdə Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım Əliyeva bu xəstəliyin müalicəsi istiqamətində aparılan profilaktik tədbirlərin təşkilində yaxından iştirak etməklə yanaşı traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedərək həkim oftalmoloqlara məruzələr oxuyurdu. Görkəmli alim və oftalmoloq Zərifə xanım Əliyeva 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950- ci ildə aspiranturaya daxil olaraq elmi axtarışları davam etdirmişdir. Zərifə xanım 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almış və onun təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq edilmiş, ölkəmiz bu xəstəlikdən xilas olmuşdur. Bununla da Zərifə xanım Azərbaycan elminə və Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfə vermiş oldu. 1960-1967-ci illərdə Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı zaman, 1963- cü ildə SSRİ Ali Attestasiya komissiyası "Oftalmologiya" ixtisası üzrə ona böyük elmi işçi ixtisası vermişdir. 1967-ci ildə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent vəzifəsinə dəvət olunur. Bu instutut uzun illər həmin kafedraya rəhbərlik etmiş Zərifə xanım Əliyevanın atası Əziz Əliyevin adını daşıyır. Bu illərdə Zərifə xanım ən mürəkkəb göz əməliyyatları aparmaqla yanaşı bu sahədə fəaliyyət göstərən həkimlərlə də pedaqoji iş aparırdı. Traxoma ilə yanaşı qlaukoma xəstəliyinin öyrənilməsi sahəsində də Zərifə xanım Əliyeva "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti" mövzysunda yazdığı dissertasiya işi Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda yüksək qiymət almışdır. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, 1983-cü ildə kafedra müdiri seçilmişdir. Zərifə xanım Əliyevanın göz xəstəliklərinə aid məqalələri elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Zərifə xanım Əliyeva ən aktual mövzularl əhatə edən bir sıra monoqrafiyalarln müəllifi olmuşdur. Bu monoqrafiyalar oftalmoloqlarla yanaşı fizioloqların da diqqətini cəlb etmişdir. Zərifə xanım Əliyevanın müəlliflərindən biri olan "Terapevtik oftalmologiya" kitabı müasir dövrdə də oftalmoloqların stolüstü kitabı olaraq qalmaqdadır.

Mirmehdi Mircavadzadə: Xalqının sağlamlığının qorunmasına böyük töhfə verən alim


Zərifə xanım Əliyeva 150 -dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. 1981-ci ildə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən nüfuzlu mükafat - SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanımın səhiyyə sahəsində kadrların hazırlanmasında və həkimlərin təkmilləşdirilməsi işində də böyük zəhməti olmuşdur. Alimin rəhbərliyi ilə oftalmologiya sahəsində yüzlərlə gənc həkim ordusu yaranmışdı. Böyük xidmətlərinə, çoxillik təqqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan SSRİ EA nın akademiki seçilmişdir.

Zərifə xanım böyük alim olmaqla yanaşı ictimai işlər də aparırdı. Zərifə xanım Azərbaycan ziyalısının ən gözəl nümunələrini özündə təcəssüm etdirirdi. Zərifə xanım Əliyeva 1982-ci il aprel ayının 15-də Moskvada vəfat etmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zərifə xanım Əliyevanın 100 illiyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmlər Akademiyası Zərifə xanımın 100 illiyinə dair Tədbirlər Planı hazırlayaraq həyata keçirir.

Zərifə xanımın həyat yoldaşı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman bu böyük alim, ideal ömür gün yoldaşı haqqında çox dəyərli fikirlər söyləmişdi. Heydər Əliyevin: "Azərbaycan xalqının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanələşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, sədaqət, humanizm kimi ali hisslərlə birləşdirərək əsil insanlıq zirvəsinə yüksəlib" söyləməsi həqiqətən də Zərifə xanımın nə qədər ülvi, və dəyərli bir insan olduğunu sübut edir. Prezident İlham Əliyev də anası Zərifə xanımla bağlı olan fikirləri hər zaman dilə gətirmiş, onun necə güclü və qürurlu qadın olduğunu vurğulamışdı.

Zərifə xanım böyük alim, sədaqətli ömür gün yoldaşı, eləcə də qayğıkeş ana kimi hər zaman Azərbaycan qadınına bir örnəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi