xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Fəlakətlər bitmək bilmir: Koronavirus, “qara kif”, indi də “yaşıl göbələk”

18-06-2021, 10:52 51 dəfə baxılıb

Fəlakətlər bitmək bilmir: Koronavirus, “qara kif”, indi də “yaşıl göbələk”


COVID-19 epidemiyası səbəbindən ağır günlər keçirən Hindistanda işlər getdikcə pisləşir.
"Oxu.az xəbər verir ki, koronavirusdan sağaldıqdan bir müddət sonra görülən “qara kif”dən əlavə “ağ göbələk” və “sarı göbələk” infeksiyası da yayılmağa başlayıb. Belə xəstələrin sayının 1000-i ötdüyü vurğulanıb. İndi isə koronavirus xəstələrində “yaşıl göbələk” infeksiyası (“Aspergillus göbələyi”) görünüb.

“Yaşıl göbələk” hələlik çox yayılmayıb. Madhya-Pradeşdə 34 yaşlı xəstəyə bu diaqnoz qoyulub. İnfeksiya birbaşa onun ağ ciyərlərinə təsir edib.

Bildirilir ki, 34 yaşlı xəstə koronavirusa yoluxduqdan sonra iki ay xəstəxananın reanimasiya şöbəsində yatıb. Ancaq sağalıb evə buraxıldıqdan qısa müddət sonra onda burundan qanaxma, qızdırma başlayıb, sürətlə arıqlayıb.

Məlum olub ki, pasiyentin ağ ciyərlərinin 90 faizi “yaşıl göbələk” infeksiyasının təsiri ilə zədələnib. Vəziyyəti ağırlaşan və müalicəyə cavab verməyən xəstə Mumbaydakı daha böyük xəstəxanaya köçürülüb.

Həkimlər yeni “yaşıl göbələk” haqqında daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi