xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Qlobal istiləşməyə görə dünyada insanlar arasında ölümcül xəstəlik yayılmağa başlayıb

10-12-2020, 10:20 66 dəfə baxılıb

Qlobal istiləşməyə görə dünyada insanlar arasında ölümcül xəstəlik yayılmağa başlayıb


Braziliyada dərmana davamlı ölümcül “Candida auris” xəstəliyinə ilk yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə “RİA Novosti” Braziliyanın sanitar tənzimləyicisi “Anvisa”ya istinadən xəbər verir.

“Göbələk Baiya ştatındakı xəstəxanada yetkinlər üçün reanimasiya şöbəsinə yerləşdirilən xəstədən götürülən nümunədə müəyyən edilib”, - deyə bildirilib.

Tədqiqatın nəticəsi iki laboratoriyada təsdiqlənib.

“Candida auris” ştammları üç əsas göbələkəleyhinə dərmana (polyenes, azoles və echinocandins), həmçinin dezinfeksiyaedicilərə qarşı davamlıdır. Bundan əlavə, göbələk digər xəstəliklərlə müşaiyət edildikdə qan dövranı yoluxmaları da daxil olmaqla infeksiyalara səbəb olur ki, bu da ölümlə nəticələnir.

2019-cu ildə ABŞ və Niderlanddan olan bir qrup alim “Candida auris” supergöbələyin Yer üzünə yayılmasına qlobal istiləşmənin səbəb olduğunu bildirib. Göbələklər ümumiyyətlə insan bədən istiliyində çoxala bilməməsinə baxmayaraq, qlobal istiləşmə sayəsində “Candida auris” uyğunlaşıb və artıq 37 dərəcə temperaturda həyatda qalmağı bacarır. (oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi