xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Döyüş Meydanının Həqiqi Qəhrəmanları Unudulmamalıdır

20-07-2026, 10:30 7 dəfə baxılıb

Döyüş Meydanının Həqiqi Qəhrəmanları Unudulmamalıdır


2022-ci ildə baş vermiş "Sarsıdıcı Zərbə" əməliyyatında və 2023-cü il antiterror əməliyyatında polkovnik-leytenant İdris İsayevlə birlikdə ən fəal döyüşçülərdən olduq. Həmin vaxta qədər artıq uzun illərin döyüşlərindən keçmişdik.
Mən 2012-ci ildən etibarən kəşfiyyat və döyüş tapşırıqlarında iştirak edərək müxtəlif müharibələrin içindən keçmiş bir döyüşçü idim.
2022-ci ildə keçirilən "Sarsıdıcı Zərbə" əməliyyatı zamanı düşmənə ağır zərbələr endirib, düşmənə təxminən 10 milyon dollar dəyərində ziyan vurdum.
2023-cü ilin antiterror əməliyyatından yeddi gün əvvəl polkovnik-leytenant İdris İsayevlə birlikdə Xankəndi istiqamətində kəşfiyyat tapşırığını yerinə yetirdik. Uzun illər həsrətində olduğumuz o torpağa antiterror əməliyyatından əvvəl ayaq basan kəşfiyyatçılar mən – Şərafəddin Xankişiyev və İdris İsayev idik. Həmin müddətdə düşmənin mühüm mövqeləri və obyektləri barədə koordinatları bölməmizə ötürdük və onların sıradan çıxarılmasında mühüm rol oynadıq.
Bu, zarafat deyil, şişirdilmiş bir tapşırıq deyil, bu real bir tarixdir.

Biz Vətənimiz üçün yeni tarix yazdıq. Ölümü gözə alaraq irəli getdik. Hətta sağ qalacağımıza belə ümid etmədiyimiz anlar oldu. O tarixi silahımızla biz yazdıq, amma bu gün bəzən qələmlə yazılan tarixdə qəhrəman kimi başqaları təqdim olunur.
Bəzən döyüş meydanından kilometrlərlə arxa cəbhədə olanlar, hətta həmin döyüşlərdə ümumiyyətlə iştirak etməyənlər kitablarda, verilişlərdə və müxtəlif tədbirlərdə qəhrəman kimi təqdim edilir. Belə insanların sinəsini orden və medallarla bəzədilmiş görəndə istər-istəməz insanın içindən bir sual keçir:
Görəsən, başqalarının haqqı hesabına qazandığınız bu şöhrət sizə heç vicdan əzabı yaşadırmı?
Əsl qəhrəmanlıq təkcə orden və medalla ölçülmür. Əsl qəhrəmanlıq Vətən uğrunda səssizcə xidmət etmək, canını ortaya qoymaq və tarixə öz qanı, alın təri və fədakarlığı ilə yazılan iz salmaqdır. Tarixin həqiqi qəhrəmanlarını zaman gec də olsa insanlar tanıyar və onların keçdiyi döyüş yollarını heç vaxt unutmaz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi