xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Düşmənə sarsıdıcı zərbələr endirən, dörd güllə yarası alan qəhrəman qazi - FOTO

2-02-2021, 10:13 85 dəfə baxılıb

Düşmənə sarsıdıcı zərbələr endirən, dörd güllə yarası alan qəhrəman qazi - FOTO


Azərbaycan hərbçiləri 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq sərgilədilər. Əsgər və zabitlərimiz bununla da ordumuzun gücünü, qələbə əzmini bir daha düşmənə sübut etdilər. Hərb tariximizə salnamə yazan ordumuzun qəhrəman əsgərlərindən biri də Balakən rayonundan olan Məhəmməd Qalakiyevdir.

"Report"un Şimal-qərb bürosu ikinci Qarabağ müharibəsi zamanı ağır güllə və qəlpə yaraları alan qazi ilə həmsöhbət olub.

Qalakiyev Məhəmməd Cavad oğlu 2001-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olub. Orta təhsilini kənd məktəbində bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Məhəmməd bir sıra əməliyyatlarda şəxsi şücaətləri ilə seçilib, buna görə də əsgər yoldaşları arasında hörmət qazanıb.

Onun ilk uğurlu döyüşü Füzulinin Alxanlı kəndində olub. Alxanlı istiqamətində döyüş yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib. Onun canlı qüvvəsini məhv edib. Lakin ağır yaralandığı üçün döyüşləri yarımçıq qoymaq məcburiyyətində qalıb.

Məhəmməd 4 güllə yarası alıb. Qəlpələrdən ikisi cərrahi əməliyyatla çıxarılıb. Xəstəxanada müalicə aldığı 3 ay müddətində dövlət tərəfindən qayğı ilə əhatə olunan Məhəmmədin bədənində qalan digər iki mərminin çıxarılması üçün növbəti dəfə cərrahi əməliyyat nəzərdə tutulur.

Qazimiz deyir ki, yaralı olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hər zaman hazırdır. Qazimizin valideynləri övladları ilə fəxr etdiklərini bildirirlər.



Düşmənə sarsıdıcı zərbələr endirən, dörd güllə yarası alan qəhrəman qazi - FOTODüşmənə sarsıdıcı zərbələr endirən, dörd güllə yarası alan qəhrəman qazi - FOTODüşmənə sarsıdıcı zərbələr endirən, dörd güllə yarası alan qəhrəman qazi - FOTODüşmənə sarsıdıcı zərbələr endirən, dörd güllə yarası alan qəhrəman qazi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi