xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?

Bugün, 09:00 1 dəfə baxılıb

Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?


Dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna səbəb iyul ayından etibarən gəmilərə və liman infrastrukturuna hücumlar nəticəsində Qara dəniz regionundan yük daşımalarının demək olar ki, dayanmasıdır.

İqtisadçı Emin Qəribli Demokrat.az-a açıqlamasında bildirib ki, bu, dünya bazarlarında buğdanın qiymətinin artımı təbii ki, ilk növbədə Qara dənizdə baş verən hadisələrlə, Rusiya ilə Ukrayna arasında yaranan problemlərlə əlaqədardır:

"Təxmini olaraq dünya bazarlarında Rusiyanın və Ukraynanın 30%-ə qədər payı var. Bu ölkələr buğdanı Qara dəniz üzərindən ixrac edirdilərsə, indi ixrac edə bilmirlər. Ölkələr də hazırda daha çox digər ölkələrə müraciət edirlər. Ona görə həmin ölkələrdə, həmin bazarlarda qiymət artımı baş vermişdi. Burada ikinci səbəb də var. Son aylarda bildiyimiz kimi, Avropada və Amerika Birləşmiş Ştatlarında bu il quraqlıq olub. Quraqlıq olduğuna görə bu da buğdanın qiymətinə təsir göstərib. Bu, təxminən iyul ayından başlayaraq qiymətlərin artmasına səbəb oldu və bu dönəmdə də artımın davam etdiyini görürük".

İqtisadçı əlavə edkb ki, Azərbaycana gəldikdə isə biz əsasən buğdanı Rusiya və Qazaxıstandan alırıq:

"Rusiyanın Qara dənizdən ixrac imkanları məhdudlaşsa da, bizim bölgədə o problem yoxdur və inanmıram ki, bu, bizə ciddi təsir göstərsin. İndi müəyyən miqdarda dünya bazarlarından da alsaq, qiymət artsa belə, biz bilirik ki, mövcud hökumətimiz çörək buğdasının qiymətini tənzimləyir və bu artım digər ölkələrə təsir etdiyi qədər bizə təsir etməz. Hesab edirəm ki, bu problem də yəqin ki, həll olunar. Bu baxımdan bizim ölkədə qiymətlər tənzimləndiyinə görə, müvafiq tədbirlər nəticəsində istehlakçı bunu hiss etməz. Ola bilsin ki, ayrı-ayrı sahibkarlara təsir göstərə bilər. Lakin biz bunu vaxtaşırı son illər ərzində müşahidə etmişik. Gördük ki, hökumətin müvafiq və qabaqlayıcı tədbirləri nəticəsində hər hansı ciddi problemlə rastlaşmadıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi