xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Azərbaycan bu ölkə ilə hava əlaqəsi yaradır

17-09-2026, 12:01 5 dəfə baxılıb

Azərbaycan bu ölkə ilə hava əlaqəsi yaradır


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" müzakirəyə çıxarılıb.
Sənəd bui il mayın 6-da Leypsiq şəhərində imzalanıb.

Saziş iki ölkə arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir.

Sazişə əsasən, hər bir Tərəf digər Tərəfə öz dövlətinin ərazisi üzərindən yerə enmədən uçmaq, qeyri-kommersiya məqsədləri üçün həmin ərazidə dayanmaq və Əlavədə göstərilən marşrutlar üzrə daşımaları həyata keçirmək hüquqları verir. Hər bir Tərəf razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi üçün bir və ya bir neçə aviasiya şirkətini təyin edə, təyinatı dəyişdirə və yaxud ləğv edə bilər.

Təyin edilmiş aviasiya şirkətlərinə razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi üçün ədalətli və bərabər imkanlar verilir. Tariflərin əsaslandırılmış səviyyədə müəyyən edilməsi və daşıma proqramlarının əvvəlcədən təsdiqə təqdim olunması nəzərdə tutulur.

Sazişdə beynəlxalq hava əlaqələrində istifadə olunan hava gəmilərinin, onların adi avadanlığının, yanacaq və sürtkü materiallarının, ehtiyatlarının və müəyyən digər malların gömrük rüsumlarından və vergilərdən azad edilməsi, habelə təyin edilmiş aviasiya şirkətlərinin satış keçirilən dövlətin ərazisində əldə etdikləri gəlirlərin xərclər çıxıldıqdan sonra qalan hissəsinin sərbəst konvertasiya olunan valyutada köçürülməsi nəzərdə tutulur.

Tərəflər mülki aviasiyanın təhlükəsizliyinə qarşı qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə beynəlxalq öhdəliklərini təsdiq edir və belə təhlükələr zamanı qarşılıqlı yardım göstərirlər. Sertifikatların və lisenziyaların qarşılıqlı tanınması, təhlükəsizlik üzrə məsləhətləşmələr və hava gəmilərinin perron yoxlamaları da tənzimlənir.

Sazişə Əlavəyə əsasən, Azərbaycan tərəfinin təyin etdiyi aviasiya şirkətləri üçün Azərbaycanda Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala, Monqolustanda isə Ulan-Bator, Hovd və Çoybalsan məntəqələri müəyyən edilir. Aralıq və kənar məntəqələr sonradan müəyyən ediləcək. Təyin edilmiş aviasiya şirkətlərinə blok sahəsi və ya kod-şerinq müqavilələri bağlamağa icazə verilir.

Sazişin təfsiri və ya tətbiqi ilə bağlı mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilir. Mübahisənin danışıqlar yolu ilə həllinə nail olunmadıqda Tərəflər onun müvafiq şəxsə və yaxud orqana təqdim edilməsi barədə razılığa gələ bilərlər, belə razılıq əldə olunmadıqda isə mübahisə arbitraj məhkəməsinə təqdim edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi