xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Rusiya Azərbaycan üzərindən Ermənistana taxıl göndərdi

2-02-2026, 13:09 7 dəfə baxılıb



Euronews xəbər verir ki, Rusiyaya məxsus taxıl yükləri bazar günü Azərbaycan ərazisindən tranzitlə Ermənistana göndərilib.

Daşımalar Bakı ilə İrəvan arasında normallaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.

Məlumata görə, Rusiyadan yola salınan 25 taxıl vaqonu ümumilikdə 1 746 ton yük daşıyıb və Azərbaycan üzərindən Ermənistana çatdırılıb. Bu günə qədər eyni marşrut üzrə 285 vaqonla təxminən 19 900 ton taxıl daşınıb.

Euronews qeyd edir ki, son aylarda bu cür göndərişlər mütəmadi xarakter alıb. İlk belə daşınma ötən ilin noyabrında həyata keçirilib və həmin vaxt Ermənistana Qazaxıstan buğdası göndərilmişdi.

Yükdaşımalar regionda sülh gündəliyinin bir hissəsi kimi həyata keçirilir. Tranzit daşımalar 1990-cı illərdən etibarən münaqişə səbəbilə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasından sonra mümkün olub.

Xəbərdə bildirilir ki, tranzitə icazə verilməsi ilə bağlı qərar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 21 oktyabr 2025-ci ildə, Astanada Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayevlə keçirilən görüşdən sonra rəsmi şəkildə elan edilib.

Bütün göndərişlər Azərbaycan–Gürcüstan–Ermənistan marşrutu üzrə həyata keçirilir. Yüklərin son dayanacağı isə Ermənistanın Dalarik stansiyasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi