xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

2-02-2026, 09:52 6 dəfə baxılıb

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi


NASA tərəfindən yaxından izlənilən və Mars ilə Yupiter arasındakı Asteroid Qurşağında yerləşən 16 Psyche asteroidi, tərkibindəki metal zənginliyi ilə elm dünyasını heyrətə gətirib.

"Bu asteroid digərlərindən fərqli olaraq buz və ya qayadan deyil, demək olar ki, tamamilə metaldan ibarətdir. Alimlərin hesablamalarına görə, asteroidin tərkibindəki qızıl, dəmir və nikelin ümumi dəyəri 10.000 katrilyon dollardır. Müqayisə üçün qeyd edək ki, bu məbləğ bütün dünya iqtisadiyyatının cəmindən dəfələrlə çoxdur.

Məqalədə qeyd olunur ki, əgər bu asteroiddəki bütün qiymətli metalları Yer kürəsinə gətirmək mümkün olsa, qızılın və digər qiymətli metalların nadir olma xüsusiyyəti itəcək. Bu isə qızılın qiymətinin kəskin ucuzlaşaraq “zibil” səviyyəsinə düşməsi və dünya maliyyə sisteminin çökməsi deməkdir.

NASA artıq bu “metal dünya”nı araşdırmaq üçün Psyche missiyasını işə salıb. Kosmik gəminin asteroidə çatması və onun nüvəsini araşdırması planlaşdırılır. Bu tədqiqat təkcə iqtisadi deyil, həm də elmi əhəmiyyət kəsb edir, çünki Psyche-nin parçalanmış bir planetin nüvəsi olduğu düşünülür.

Asteroiddəki sərvətin dəyəri astronomik olsa da, hazırkı texnologiya ilə həmin metalları Yerə gətirmək və emal etmək hələlik qeyri-mümkündür. Lakin bu kəşf gələcəkdə “kosmos mədənçiliyi”nin (space mining) nə dərəcədə əhəmiyyətli olacağını göstərir. (Milli.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi