xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Aygünün qızı ilə videosu yayılan braziliyalı futbolçu — “Münasibətimiz 3 ildir davam edir”

6-07-2020, 10:40 452 dəfə baxılıb

Aygünün qızı ilə videosu yayılan braziliyalı futbolçu — “Münasibətimiz 3 ildir davam edir”


Son günlər ölkə futbol camiəsində ən çox müzakirə olunan mövzulardan biri Azərbaycanın xalq artisti Aygün Kazımovanın qızı İlqarənin "Səbail"in braziliyalı müdafiəçisi Eriko da Silva ilə birlikdə olduğu videonu nümayiş etdirməsidir.
İki həftə sonra 31 yaşı tamam olacaq müdafiəçi bu videodan irəli gələn bütün nüanslara aydınlıq gətirib: "Biz sadəcə dostuq. Bu ziyafətdə tək deyildik. Dostlarımla birgə idim. Yaxın dostum məni oraya apardı".

Braziliyalı şəxsi həyatına da toxunub: "Sevgilim var. Münasibətimiz artıq 3 ildir davam edir. Denis ilə hər şey yaxşıdır və birlikdə olmaqdan məmnunuq".
Bu vəziyyətdə sual yaranır: Eriko Aygün Kazımovanın qızıyla yaxın münasibətləri yoxdursa, niyə o, "İnstagram"da "lovely” yazıb? "Səbail"in futbolçusu bu suala aydınlıq gətirib: "Nədənsə media onu "sevimli" kimi təqdim etmək qərarına gəldi. Əslində, bu sözün bir çox mənası var və bu vəziyyətdə "hörmətli", "sevimli dost", "ən yaxşı dost" nəzərdə tutulmuşdu. "My lovely" yazılsaydı, bu, sevdiyin insan demək olardı. Bu vəziyyətdə isə söhbət dostluqdan gedir".

Legionerlə söhbətin sonunda başqa bir detala toxunduq. Videoda Erikonun qəlyan çəkdiyi göstərilir: "İndi hamı karantindədir. Oyun, məşq yoxdur. Buna görə bir dəfə qəlyanın dadını yoxlamaq qərarına gəldim. Peşəkar futbolçuyam və çox gözəl bilirəm ki, nə etmək olar, nə isə tövsiyə edilmir" (sport24.az).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi