xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

"Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

3-08-2026, 11:15 3 dəfə baxılıb

"Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...


Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı sözügedən turnirdə təmsil edəcək "Qarabağ" da potensial rəqibini tanıyacaq.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda avrokubok mübarizəsinə Avropa Liqasında başlayaraq ilk mərhələdə İslandiyanın "Vestri" kollektivini hər iki oyunda 3:0 yenib. "Köhlənlər" 2-ci mərhələdə Bolqarıstan təmsilçisi ÇSKA ilə bacarmayıb. Hər iki görüş və əlavə vaxt 0:0 bitdiyi üçün qalib penaltilər seriyasına ehtiyac duyulub. "Lotoreya"da isə gülən tərəf bolqarlar olub. Beləliklə, Konfrans Liqasına yuvarlanan "Qarabağ" mübarizəni burada davam etdirəcək. Ağdam klubu üçüncü təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo Kiyev" ilə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər arasında ilk duel 6 avqustda səfərdə, cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-si, cavab görüşləri 27-də keçiriləcək. (fanat.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi