xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

AFFA-dan “Neftçi”yə ağır cərimələr - Baş məşqçisi cəzalandı

21-04-2026, 12:24 2 dəfə baxılıb

AFFA-dan “Neftçi”yə ağır cərimələr - Baş məşqçisi cəzalandı


“Neftçi” klubu 26200 manat cərimələnib.

“Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna "Zirə"yə qarşı keçirilmiş Misli Premyer Liqasının XXVIII turunun oyununda yaşananlar səbəb olub.

Qarşılaşmada "Neftçi"dən beş nəfər sarı vərəqə alıb. Buna görə "ağ-qaralar" 700 manat ödəyəcək.

Komandanın baş məşqçisi Yuri Vernidub 90+8-ci dəqiqədə hakimin qərarına etiraz ucbatından birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, kluba isə 5000 manat cərimə tətbiq edilib.

Ukraynalı mütəxəssisin köməkçisi Dmitro Kara Mustafa eyni səbəbdən 1 matçlıq cəzaya məruz qalıb. Bakı təmsilçisi daha 5000 manat ziyana düşüb.

"Neftçi"nin futbolçusu Breno Almeyda da 90+5-ci dəqiqədə qarşısında birbaşa qırmızı vərəqə görüb. O da bir oyun komandasına kömək edə bilməyəcək. "Ağ-qaralar" buna görə 3000 manat ödəməli olacaq.

Bundan əlavə, komandanın azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığı üçün klub 8000 manat cərimələnib. Fanatlar meydana kənar aşyalar da atıblar. Bakılılar bu səbəbdən daha 4500 manatından keçməli olacaq.

Bundan əlavə, "Zirə" də cərimələnib. Beş nəfər sarı vərəqə aldığı üçün "qartallar" 700 manat ziyana düşüb. Köməkçi məşqçi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğu üçün qırmızı vərəqə alıb və ona 1 oyunluq cəza verilib. Qəsəbə klubu 2000 manat cərimə ödəyəcək.

Görüş bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulub və "Zirə" buna görə 3000 manat cərimə olunub. Dəymiş zərər məhz bu klub tərəfindən ödəniləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi