xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

"Bizi tək qoymayın" - "Traktor" Azərbaycandan yardım istədi

2-03-2026, 10:11 9 dəfə baxılıb

"Bizi tək qoymayın" - "Traktor" Azərbaycandan yardım istədi


Cənubi Azərbaycanın məşhur "Traktor" klubu İranda baş verən müharibə fonunda bəyanat yayıb.

Təbriz klubu ölkədə vəziyyətin çox pis olduğunu açıqlayıb:

"Təbrizli biri kimi, internet problemi səbəbindən bunu yazmağın mənim üçün nə qədər çətin olduğunu təsəvvür belə edə bilməzsiniz.

Burada vəziyyət çox pisdir. Hər yer bombalanır. Rejim istənilən an çökə bilər və Cənub (Cənubi Azərbaycan -red.) müdafiəsizdir. Daha da müdafiəsiz hala gələ bilər. Rejimin yerinə cənubluların heç vaxt istəməyəcəyi biriləri gələ bilər. Bunların başında Pəhləvi eyilən türk düşməni də var. Biz Azərbaycan türkləri olaraq bunları əsla qəbul etmirik və istəmirik".

Klub bəyanatında Türkiyə və Şimali Azərbaycandan yardım istəyib: "Rejimin tamamilə süqutu halında, buranın nəzarətinin bu faşistlərin əlinə keçməməsi üçün tez bir zamanda Cənubu mühafizə altına almanız lazımdır. Vaxt gəldi. Qardaşlarınızı bu çətin vəziyyətdə tək qoymayın". /Unikal






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi