xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

16-02-2026, 09:49 5 dəfə baxılıb



Ötən gün Milanda keçirilən Qış Olimpiya Oyunlarında ermənilərin “artsax” təxribatının qarşısı qətiyyətlə alınıb.

Beynəlxalq Fiqurlu Konkisürmə Birliyi (ISU)-nin rəsmi sənədlərində və Olimpiya proqramında musiqinin adı “Music by Ara Gevorqyan” kimi qeyd edilib, “Artsax” ifadəsi isə çıxarılıb. Bu dəyişiklik Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən edilən etirazdan sonra həyata keçirilib və “artsax” termini siyasi məna daşıdığı üçün Olimpiadanın neytrallıq qaydalarına toxuna biləcəyi düşünülüb.

Beləliklə, erməni fiqurlu konkisürmə cütlüyü – Karina Akopova və Nikita Raxmanin əvvəlcə “Artsax” adlı musiqi ilə çıxış etməyi planlaşdırsa da, rəsmi proqramda bu ad göstərilməyib. Cütlüyün çıxışı zamanı titul ekranlarda və rəsmi protokollarda “artsax” sözü əks olunmayıb. Hadisə sosial şəbəkələrin erməni seqmentində böyük məyusluqla qarşılanıb.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) rəsmi şəkildə Beynəlxalq Olimpiya Komitəsi (BOK)-yə müraciət edərək etirazını bildirmişdi. Azərbaycan tərəfi bildirib ki, Olimpiya Oyunları siyasi platforma olmamalıdır və hər hansı təxribatçı addım qəbul edilməməlidir.

Təxribatçı “artsax” musiqisinin müəllifi, erməni bəstəkar Ara Gevorqyan isə Azərbaycanın etirazlarından narahat olduğunu gizlətməyərək demişdi:
“"Artsax” sözü azərbaycanlıların xoşuna gəlmir. Deyirlər ki, "artsax" yoxdursa, bu adla musiqi də ola bilməz. İndi mən edim, adı dəyişdirməliyəm?”

Beləliklə, Ara Gevorqyan istəsə də, istəməsə də təxribatçı musiqi beynəlxalq səhnələrdə artıq adı dəyişdirilmiş formada səsləndiriləcək. Bu hadisə Azərbaycanın informasiya müharibəsində əldə etdiyi növbəti qələbə kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi