xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Mourinyo "Qarabağ"ı unuda bilmir

28-01-2026, 13:16 6 dəfə baxılıb



"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"lə oyundan əvvəl "Qarabağ"ı xatırlayıb.

Təcrübəli mütəxəssis Lissabon təmsilçisinin hazırda Çempionlar Liqasında istənilən vəziyyətdə olmamasını "Qarabağ"la oyunla əlaqələndirib:

"Hazırda bu vəziyyətdə olmağımızda bir neçə faktor var. Amma ən əsası ilk turda "Qarabağ"a məğlub olmağımızdır. O, oyunda qələbə qazanmalı idik. Əgər o görüşdə qalib gəlsəydik, indi 9 xalımız olardı və növbəti mərhələ üçün bizə cəmi 1 xal kifayət edərdi".

Qeyd edək ki, "Benfika"nın Ağdam təmsilçisinə məğlub olduğu matçdan sonra baş məşqçi Bruno Laji ilə yollar ayrılıb və onun əvəzinə Mourinyo gətirilib.

"Qartallar"ın hazırda 6 xalı var. Onlar bu gecə "Real Madrid"i məğlub etsə belə, digər oyunların nəticələrini gözləməli olacaqlar. (offsideplus.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi