xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

“Qarabağ”la oyundan əvvəl “Liverpul”da 5 itki var

27-01-2026, 09:27 5 dəfə baxılıb

“Qarabağ”la oyundan əvvəl “Liverpul”da 5 itki var


“Qarabağ”la oyun öncəsi “Liverpul”un heyətində 5 itki var.
"qol.az" bildirir ki, “Liverpul” ötən həftəsonu daha bir zədə zərbəsi alıb. “Bornmut”la Premyer Liqa oyununda (2:3) qapıçı Alissonla toqquşmadan sonra Co Qomez zədələnərək meydanı tərk etməyə məcbur olub. Baş məşqçi Arne Slot matçdan sonra mərkəz müdafiəçisinin “Qarabağ”la matçda iştirakı ilə bağlı dəqiq proqnoz verməyib.

Slot görüşdən sonra bildirib: “Co-nun iki və ya üç günə məşqlərə qayıdıb-qayıtmayacağını bilmirəm, bunu demək mənim üçün çətindir. Amma bu gün davam edə bilməyəcəyi aydın idi”.

İbrahima Konate atasının vəfatı səbəbindən hələ də komandadan kənarda qaldığı üçün Slot bu oyun üçün cəmi bir əsas mərkəz müdafiəçisinə sahibdir – komandanın kapitanı Vircil van Deyk.

Bu, Slot üçün müəyyən müsbət məqam sayılsa da, çərşənbə günü keçiriləcək oyunda müdafiə xəttində məcburi dəyişikliklər qaçılmaz görünür. Belə ki, Covanni Leoni və Konor Bredli də zədəlidir.

Federiko Kyezanın da durumu sual altındadır. Onun “Bornmut”la oyunda iştirakı “50/50” şans kimi dəyərləndirilsə də, matçın iştirak ərizəsinə salınmamışdı.

Qeyd edək ki, UEFA Çempionlar Liiqasının “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə yanvarın 29-su, saat 00:00-da başlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi