xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib

22-01-2026, 09:24 9 dəfə baxılıb

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib


Azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbə onların haqqı idi. Bizdən daha çox qalibiyyəti istəyən fanatlarımız var.

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın "Ayntraxt" komandasına 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının meydanda intizamlı mübarizə apardığını bildirib: "Oyunçularım sonadək döyüşdülər. Dünya futbolunda favorit sayılmayan komandalar güclü rəqiblərə qalib gəlir. Buna hər zaman inanıram".

O, rəqibə görə kiçik dəyişikliklər etdiklərini söyləyib: "Nəticəmiz çox gözəldir. Lakin futbolçularımın meydanda sərbəst və istəkli olması məni sevindirdi. Razı qaldığım oyun üslubunu daha da inkişaf etdirdik. Qarşıdakı "Liverpul"la oyuna daha yaxşı çıxacağıq. Futbolçularıma çəkinmədən mübarizə aparmalarını istəyəcəyəm".

"Qələbə münasibətilə bizi təbrik edən Prezident İlham Əliyevə təşəkkür edirik. Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib", – deyə Qurban Qurbanov vurğulayıb.

Baş məşqçi bu qələbədən sonra çatışmazlıqlar haqqında danışmağın düzgün olmadığını deyib: "Futbolçularımdan razı qaldım. Onlar meydanda döyüşkən mübarizə aparırdılar".

"Zədəli olan Kadi Borges "Liverpul"la oyunda bizə kömək edə bilməyəcək", - deyə çalışdırıcı qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi