xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

Bəhramdan Nərimana dəstək: Hər böyük futbolçu belə anlardan keçib - FOTO

12-12-2025, 13:23 7 dəfə baxılıb

Bəhramdan Nərimana dəstək: Hər böyük futbolçu belə anlardan keçib - FOTO


Əməkdar artist Bəhram Bağırzadə UEFA Çempionlar Liqası matçları zamanı göstərdiyi performansa görə tənqidlərin hədəfi olan “Qarabağ”ın oyunçusu Nəriman Axundzadəyə dəstəyini ifadə edib.

Aktyor bu barədə sosial şəbəkələrdə paylaşım edib.

N.Axundzadə ilə fotosunu paylaşan əməkdar artist bu sözləri yazıb:

“Bəzən hətta qələbədən sonra belə günahkar axtaranlar tapılır. Bu gün hamı Qarabağın gənc hücumçusu — Nariman Axundzadənin üstünə gedir. Amma unutmayaq ki, onun cəmi 21 yaşı var. Cəmi 21! Bu yaş — yolun əvvəli, təcrübənin toplandığı, səhvlərdən öyrənilən və böyük qələbələrə aparan bir mərhələdir.

Hər böyük futbolçu belə anlardan keçib. Məhz bu çətinliklər xarakteri möhkəmləndirir. Nərimanın isə hələ qarşıda vuracağı qolları, qazanacağı şöhrəti və böyük uğurları var. Bir oyun heç vaxt istedadlı futbolçunun taleyini müəyyən etmir.

Unutma, əziz Nəriman: Çörçillin dediyi kimi, “heç vaxt, heç vaxt, heç vaxt təslim olma”.
Sən doğru yoldasan. Sən böyüyürsən. Sən güclənirsən. Çətinliklər isə gələcək uğurlarına aparan bir mərhələdir.

Dayı Bəhram səninlədir. Bu gün də, sabah da, həmişə”, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi