xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Qurbanovun ədalətinin uduzduğu gecə

11-12-2025, 15:30 5 dəfə baxılıb



Tam əksəriyyət o rəydədir ki, klub hesabda irəlidə olduğu bir vaxtda baş məşqçinin etdiyi dəyişiklik yanlış oldu, amma o, sadə bir üzrxahlıq cümləsini belə demədisə...
Dünən gecə Tofiq Bəhramov stadionuna minlərlə azarkeş hansı ümidlə, həyəcanla gəlmişdi...Mən belə oyunların son nəticəsində hələ uduzmağa öyrəşməmiş uşaqlara görə üzülürəm. Təəssüf ki, bu cür mühüm oyuna “Nəriman dəyişikliyi” damğasını vurdu. Bəri başdan deyirəm, bravo “Ayaks” və azarkeşlərinə. Əksəriyyəti gənc olan bu klubun niyə indiyədək xal qazanmaması təəccübləndirdi, 3 xalı da oğurlamadılar Bakıdan, halalca apardılar. Yəni son nəticəyə görə Nərimanın üzərinə gedilməsinin əleyhinəyəm, “Ayaks”ın uşaqları əla oynadılar, burda Nərimanlıq xüsusi bir iş yoxdur, müdafiə və çox tərifli Koxalskinin iki səhvi “Qarabağ”a baha başa gəldi...

Amma bu məğlubiyyət olmaya da bilərdi. Ona görə “Nəriman müəmması”nın üzərindən sükutla keçmək də olmur. Birincisi, budur ki, ekran qarşısında oyunu izləyən Azərbaycan tamaşaçısı bir yana, o yağışda stadiona gələn azarkeşlərin tam əksəriyyətinin reaksiyasını bilindiyi halda Nərimanın meydana buraxılması qərarı “ictimai rəyə” yumşaq desək, arxa çevirmək kimi başa düşülməlidir. Yəni demək istədilər ki, klub rəhbərliyinin və ya şəxsən Qurban Qurbanovun bildiyi və verdiyi qərar doğrudur. Şəxsən mən Qurban Qurbanovun ədalətindən ən azı iki yazı yazdığımı xatırlayırım, dünən gecə bu rəyim xeyli yıprandı. Qurbanovun ədalətinin uduzduğu gecə kimi yadımda qaldı. Xüsusilə onun İTV-dəki matç sonrası açıqlamasından və mətbuat konfransında dediklərindən sonra...

Deyir ki, Nərimandan tam razı qalmadım, yağışlı hava idi, daha yaxşı oynaya bilərdi və s. Halbuki tam əksəriyyət o rəydədir ki, klub hesabda irəlidə olduğu bir vaxtda Qurbanovun etdiyi dəyişiklik yanlış oldu. Sadə bir üzrxahlıq cümləsidir. Gözlədim, demədi...

Söhbət əlbəttə, Nəriman məsələsi də deyil, azarkeşin rəyinə “diqqətli” olmamaqdır. Dünən o yağışda stadiona gələnlərə Nərimanı meydana buraxmaqla sayğı göstərilmədi. Nərimanın çempionat oyunlarına da baxıram, qol vurdu son oyunların birində, amma klub üçün onun faydası yoxdur! İndi gələk, fayda məsələsinə.

Qurban Qurbanov ola bilməz ki, menecer kimi Nəriman haqdakı azarkeşlərin rəyini bilməsin. Xüsusi ehtiyac olmadan, həm də meydanda canını qoyan kolumbiyalının əvəzinə( mətbuat konfransında deyib ki, Duran yorulmuşdu) Nərimana şans vermək elə deyəsən, məşqçi yox, menecer Qurbanovun “aktivinə” yazılmalıdır. Niyə? Çünki bir müddətdir belə söz-söhbətlər var ki, Nərimanı hansısa klub(lar), hansısa keyfiyyətinə görə transfer etmək istəyir. Əla! Bu mövzuda son olaraq özüm də yazıb, necə deyərlər xeyir-dua vermişəm ki, Allah qapısını açsın, bu futbolçu gedib əcnəbi meydançalarda qollar vursun. Təki getsin, “Qarabağ” azarkeşlərinin əsəbləri belə oyunda tarıma çəkilməsin. Qurbanovun bu dəyişikliyin daha çox Nərimanı beynəlxalq arenada göstərmək niyyəti ilə izah edənlər də var, bu variantı da ən ağlabatan hesab edirəm. Yenə deyirəm, “Qarabağ” transferdən təki qazansın, bəlkə növbəti sezonda hücumçu ala bilsin, nə Nərimana, nə belə müzakirələrə lüzum qalsın...

Nəriman kimi Qurbanovun başqa bir sevimli oyunçusu Şahruddun idi, mühüm oyunlarda hoqqa verirdi, qapısına heç nədən top buraxırdı. Yadımda, Türkiyə klubuna keçəndə azarkeş tayfası necə sevinirdi... Getdi, yenə qayıtdı, amma indi daha iki qapıçı var, ona ancaq milli çempionatda şans verirlər.

Azarkeşlər heç də həmişə haqlı deyirlər, amma bu futbol onlar üçündür. Onların rəyini görməzdən gələrlərsə, bir gün çempionat oyunları kimi belə qarşılaşmalarda da boş stadionlar görərsən...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi