xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:16 – Prezident Kobaxidzeyə zəng etdi 
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 

AFFA iclasları niyə Qurban Qurbanovun olmadığı vaxtlarda keçirir?

26-11-2025, 13:46 8 dəfə baxılıb

AFFA iclasları niyə Qurban Qurbanovun olmadığı vaxtlarda keçirir?


Ötən gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

“Bir neçə önəmli qərarın alındığı iclasda yenə də “Qarabağ”ın baş məşqçisi, İK-nın üzvü Qurban Qurbanov iştirak etməyib.

Belə ki, ötən gün Q.Qurbanov İtalyada komandasını ən böyük klub turniri - Çempionlar Liqasının əsas mərhələsi matçına - “Napoli” ilə görüşə hazırlayırdı. Lakin maraqlı məqam iclasın təcrübəli çalışdırıcının ölkədə olmadığı vaxta təsadüf etməsidir.

İcraiyyə Komitəsi və AFFA rəhbərliyi artıq neçənci dəfədir ki, bu cür addım atır. Vacib qərarlar verilən iclasın İK-nın tərkibindəki tək-tük futbol adamlarından olan mütəxəssisin iştirak etmədən keçirilməsi isə maraq doğurur.

Qurban Qurbanov bundan öncə də bir neçə iclasda iştirak etməmişdi. Hətta o bu ilin aprelində keçirilən Hesabat Konfransına da qatılmamışdı. Həmin gün “Qarabağ” “Səbail”lə Azərbaycan Premyer Liqası matçına çıxacaqdı. Çalışdırıcı da komandasını oyuna hazırlamaq üçün iştirakdan imtina etmişdi.

Bu halın bir neçə dəfə təkrarlanması isə birmənalı qarşılanmır. Azərbaycan futbolunun ən uğurlu adamının, ən uğurlu məşqçisinin fikirlərini almadan vacib qərarların verilməsi ciddi suallar yaradır.

Əgər eyni hal təkrarlanırsa, Qurban Qurbanovun İK-nın tərkibində təmsil olunmasının hansı əhəmiyyəti qalır?

Qeyd edək ki, İcraiyyə Komitəsinin 12 üzvü var. Onların arasında Balakişi Qasımov, Fərid Mansurov, Səməd Qurbanov kimi tanınmış adlar da yer alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi