xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik - Qurban Qurbanov

23-10-2025, 09:20 3 dəfə baxılıb

Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik - Qurban Qurbanov


İstərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Dinamik və sürətli komandaya qarşı oynamaq futbolçular üçün heç də asan olmadı. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubuna 1:3 hesabı ilə məğlub olduqları matçından sonra mətbuat konfransında deyib.

“Yaxşı hücumlarımız oldu, sadəcə dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən daha yüksək idi. Futbolçularım sona kimi mübarizə apardılar", - baş məşqçi deyib.

Mütəxəssisin sözlərinə görə, bəzi epizodlar var ki, orada daha soyuqqanlı və dəqiq olmaq lazım idi: "Məğlubiyyəti özümüzdə axtarmağa çalışıram. Onlar üçün rahat idi. Çünki onlar il boyu bu dinamikada oynayırlar. Bizim ölkə çempionatına nəzər salsaq, belə oyunlara hazırlıq o qədər də yüksək səviyyədə keçmir. Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik".

Qeyd edək ki, hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi