xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

"Qarabağ" üçün asan olmayacaq: Qurban Qurbanovun "əzbəri"...

1-10-2025, 12:52 5 dəfə baxılıb

"Qarabağ" üçün asan olmayacaq: Qurban Qurbanovun "əzbəri"...


UEFA Çempionlar Liqasının “Qarabağ” – “Kopenhagen” oyununun başlanmasına sayılı saatlar qalıb. Qarşılaşma oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək. Bu qarşılaşma isə böyük maraq doğurur.

Azarkeşlərin ağlında isə bir neçə əsas sual var: Ağdam təmsilçisini favorit hesab etmək olarmı? İllər öncə olduğu kimi “Kopenhagen” üzərində üstünlük əldə edə biləcəyikmi?”

Mövzu ilə bağlı Ölkə.az-a danışan tanınmış idman jurnalisti, "Futbolpress" saytının baş redaktoru Elçin Cəlilov bildirib ki, “Qarabağ”ın ÇL-in əsas mərhələsinə yüksəlməsi maksimum nəticə idi.

Onun sözlərinə görə, bu mərhələdə isə hansısa oyunda favorit saymaq nəzəri baxımdan uyğun olmaz:

"Amma bu futboldur, sürpriz nəticələr çox olur. Necə ki, “Benfika” kimi köklü kluba qarşı səfərdə qazanılan qələbə. “Qarabağ” Pireney təmsilçilərinə qarşı daha yaxşı oynayır, çünki həm oxşar futboldur, həm də baş məşqçi Qurban Qurbanovun “əzbərində” sırf o dəsti-xətt üstünlük təşkil edir.

“Kopenhagen” isə bir qədər fərqli üslubda oynayır. Ovaxtkı “Kopenhagen”lə fərq çoxdur, güc və imkan baxımından rəqib indi daha təcrübəlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi