xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

18-11-2019, 15:17 43 dəfə baxılıb

27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

İtaliyanın yeniyetmə futbolçularının çempionatında maraqlı hadisə yaşanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, “İnviktasauro” komandası “Marina Kalço” ilə oyunda 27:0 hesablı qələbəyə sevinib. Oyundan sonra isə “İnviktasauro” komandasının baş məşqçisi Massimiliano Riççi istefaya göndərilib. Məsələylə bağlı açıqlama verən klub prezidenti Paolo Brogelli, bunun səbəbinin rəqib komandaya hörmətsizlik olduğunu bildirib:

“Gənclər komandamızın rəqib üzərində 27:0 hesabı ilə qalib gəldiyini eşidəndə, təəccübləndik. Bu hadisəyə görə dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə ziddir. Rəqibə hər zaman hörmət etmək lazımdır, amma bu oyunda bu, baş vermədi. Rəqib komandadan üzr istəyirəm. Klub rəhbərliyi olaraq, yekdilliklə baş məşqçi Riççini istefaya göndərmək qərarına gəldik. Baş məşqçilərdən gəncləri təkcə məşq etdirmək deyil, həm də onları tərbiyə etmək tələb olunur. Bu tələbin qarşılığını bu oyunda görə bilmədik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi