xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

UEFA "Qarabağ"ın oyununda baş verənlərlə bağlı intizam işi açıb - VİDEO

10-08-2021, 10:08 54 dəfə baxılıb

UEFA "Qarabağ"ın oyununda baş verənlərlə bağlı intizam işi açıb - VİDEO


UEFA Kiprdə AEL və "Qarabağ" komandaları arasında Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı intizam işi açıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Nəzarət, Etika və İntizam Komitəsindən məlumat daxil olub.

Bildirilib ki, Limassol təmsilçisinə qarşı iki ittiham irəli sürülüb. Bunlardan biri meydançaya yad cisimlərin atılması, digəri isə yerli azarkeşlərin iğtişaş törətməsidir.

Məsələ ilə bağlı yekun qərar komitənin qarşıdakı iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, "AEK Arena"da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın bərabərlik qolundan sonra azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla, texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi