"Ölkə.Az" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Bülbülə qəsəbəsində yaşayan Çiçək Əliyeva mənzilində döyülərək qətlə yetirilib.
Hadisədən 12 gün sonra cinayəti törətməkdə şübhəli bilinən Elnur İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İstintaqla müəyyən olunub ki, Elnur İsmayılov qeyri-rəsmi münasibətdə olduğu Çiçək Alıyevanın ona xəyanət etməsindən şübhələnərək onunla dəfələrlə buna görə mübahisə edib.
Hadisə baş verən günü kirayə yaşadıqları evə gələrkən o qadının otaqdakı çarpayının üstündə oturaraq telefonla yazışdığını və sonra tez telefonu gizlətdiyini görüb. Elnur Çiçəydən telefonu istədiydə sonuncu buna qəti şəkildə etiraz edib.
Qısqanlıq zəmnində Alıyevanı qəsdən öldürmək qərarına gələn Elnur əvvəlcə onun sifət və baş nahiyyələrinə yumruq, sonra isə təpiklə zərbələr vurub. Niyyətini başa çatdırmaq istəyən Elnur Çiçəyin döşəmədə hərəkətsiz vəziyyətdə olmasından istifadə edərək onun burun və ağız dəliklərini qapayıb. Bununlada ona ağır xəsarətlər yetirərək qəsdən öldürüb.
İş üzrə dindirilən Elnur İsmayılov ilk vaxtlarda Çiçək Alıyeva ilə münasibətlərinin yaxşı olduğunu bildirib.
Aprelin 12-də Elnur Çiçəyin istifadə etdiyi mobil telefona baxarkən onun sosial şəbəkədə müxtəlif şəxslərlə yazışdığını görüb və bu səbəbdən onların arasında mübahisə baş verib.
Ayın 17-də təxminən saat 16:00 radələrində o işdən çıxıb evə gəlib. Otağa daxil olarkən Çiçəyin telefonla yazışdığını və onu görən kimi telefonu döşəyin altına qoyduğunu görüb. Ondan telefonu istəyib, sonra sifətinə iki dəfə şillə vurub döşəyin altından telefonu götürmək istəyəndə Çiçəy onun əlindən tutub dişləməy istəyib. Bu zaman Elnur qadının kürəyindən təpiklə vurub və telefonu alıb baxarkən Çiçəyin bir oğlanla yazışdığını görüb. Həmin vaxt artıq qadının səsinin çıxamadığını hiss edib. Onun çarpayıya söykənib dayandığını və rənginin ağardığını görüb.
Elnur bildirib ki, dərhal təcili yardıma zəng edib və Çiçəyi çarpayıya uzadıb ona bir neçə dəfə süni nəfəs verib. Lakin qadında heç bir tərpəniş olmayıb.
Təxminən 10 dəqiqə sonra gələn tibb işçiləri Çiçəyi müayinə edəndən sonra onun öldüyünü bildiriblər.
Məhkəmə prosesində Elnur İsmayılov özünü təqsirli bilməyərək bildirib ki, Çiçəy Alıyeva ilə 2015-ci ildə internet saytlarının birində tanış olub. Bir müddət sonra kirayə ev tutaraq birlikdə yaşayıblar. Ayın 17-də o işdən çıxıb evə gəldiyində evin qapılarının açıq və Çiçəyin mətbəxdə yerdə uzandığını görüb. Dərhal qadını yatağa uzadıb və sonuncunun qardaşına sonra isə təcili yardıma zəng edib.
İsmayılov ifadəsində göstərib ki, onun qadını öldürməsi üçün heç bir səbəbi omayıb.
Məhkəmə həmin ifadələri özünü müdafiə xarakterli ifadələr və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin cinayət əməli məhkəmə baxış zamanı tam sübuta yetirilib.
Sonda məhkəmənin hökmü ilə Elnur İsmayılov 13il 6 ay müddətinə azadlıdan məhrum edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.