xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

“Laçın” ticarət mərkəzinin həbsdə olan rəhbəri azadlığa çıxdı

5-03-2020, 11:53 72 dəfə baxılıb

“Laçın” ticarət mərkəzinin həbsdə olan rəhbəri azadlığa çıxdı


Ali Məhkəmədə hakim Əli Syfəliyevin sədrliyi ilə həbsdə olan “Laçın” ticarət mərkəzinin rəhbəri Sunay Vəliyevin kassasiya şikayəti ilə bağlı məhkəmə prosesi keçirilib.
Keçirilən prosesdə qərar elan edilib və qərara əsasən, Sunay  Vəliyevin barəsindəki 3 il 6 aylıq cəza müddəti azaldılıb.

Beləliklə onun həbsdə olma müddəti nəzərə alınaraq azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 40 yaşlı S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. vurub. Ağır bədən xəsarətləri alan yaralı elə yerindəcə dünyasını dəyişib.
Sunay Vəliyev isə hadisə yerindən qaçıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində saxlanılıb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Sunay Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Sunay Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi