xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video

12-09-2026, 10:25 6 dəfə baxılıb

“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video


Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində Tərtər rayon sakini 21 yaşlı Sərxan Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb.

“O, hadisə barədə AzTV-yə danışıb.

“At məni tulladı və axsaya-axsaya qaçdı. Bilmədim gələ bildi, ya gələ bilmədi, amma qaçdığını gördüm. Mən də düşdüyüm yerdə qaldım, tərpənmədim, bildim ki, minalı əraziyə düşmüşəm. ANAMA-nın əməkdaşlarına xəbər verdim. 4-5 km çətin ərazidə cığır açıb məni çıxardılar”, - S.Rüstəmzadə qeyd edib.

Məlumat üçün bildirək ki, sol diz oynağının əzilməsi, sol baldır nahiyəsinin açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi