xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir

Bugün, 13:59 3 dəfə baxılıb

Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir


Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatır.

“Qafqazinfo” xəbər verir ki, bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillər yekun çıxış ediblər.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın iki vəkilinin müdafiə çıxışı üç saat çəkib.

Vəkil Muxtar Mustafayev əvvəlki həmkarının səsləndirdiyi arqumentlərə yenidən qayıtdığı üçün hakim Leyla Əsgərova Məmmədova ona xəbərdarlıq edib. Bu vaxt prosesdə qısa gərginlik yaşanıb, vəkil çıxışını kəsdiyi üçün hakimə etiraz edəcəyini deyib. Hakim isə ondan təkrar sözlərlə prosesi uzatmamasını tələb edib.

Muxtar Mustafayev çıxışının davamında cinayət işi üzrə ilkin istintaqı aparan müstəntiqləri və ekspertləri ittiham edib: “İbtidai istintaq nə araşdırıb? Ekspert rəy verib ki, uzadıcı elektrik naqilləri yüklənib. Amma bunu necə sübut etdiyini yazmayıb. Münəccim idi? Bundan əlavə, deyirlər elektrik naqillərinin nasaz olması ilə bağlı məlumat verilməyib. Bu barədə Mehriban Abasquliyevaya kimsə məlumat verməyib. Kimsə nə isə etdi, dərhal rəhbər günahkardır. Tutun, qoyun içəri.

Ən vacib məsələyə gələk. Qəzadan sonra ölən uşaqların sayının artması düzgün araşdırılmayıb. Bilirsiniz niyə artdı? Çünki başqa xəstəxanalara təxliyə düzgün olmadı. Bəzi tibb müəssisələrində avadanlıqlar və peşəkar heyət çatışmadı. Bu Mərkəzdə çalışanları da müalicəyə buraxmadılar. Yəni kütləvi səhlənkarlıq nəticəsində bu faciə böyüdü. İndi prokuror deyir, Abasquliyeva islah olunması üçün həbs edilməlidir. Niyə, nə olacaq? Bu islahdan çox qisas almaq olar”.Vəkil yekunda müvəkkilinə bəraət verilməsini istəyib. İş üzrə ittiham olunan Mərkəzin şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədlinin vəkilləri də çıxışlarında, özləri isə son sözlərində bəraət istəyiblər. H.Mustafayev və E.Əhmədli iki ildən çoxdur işsiz qaldıqlarını, bu müddətin elə onlar üçün cəza olduğunu, Mustafayev əlavə olaraq 90 yaşlı atasına himayədarlıq etməsinin nəzərə alınmasını xahiş edib.

Mehriban Abasquliyeva isə bu gün üçün son söz deməyə hazır olmadığını bildirib. Amma hakim bu işə kifayət qədər vaxt ayrıldığını əsas gətirərək ona son sözə hazırlaşmaq üçün 14:00-a kimi vaxt verib.

Əvvəlki iclasda prokuror M.Abasquliyevaya 8, digərlərinə 7 il həbs cəzası tələb edib. Günün ikinci yarısında hökm oxunacağı gözlənilir.

Xatırladaq ki, hadisə 2024-cü ilin yanvarında baş verib.

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla Mərkəzin direktoru M.Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə yekun ittiham verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi