xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Piyada keçidindəki qəzada “AzParking” heyətindən müdaxilə - Video

20-05-2026, 10:05 9 dəfə baxılıb

Piyada keçidindəki qəzada “AzParking” heyətindən müdaxilə - Video


Dünən paytaxtın Səməd Vurğun küçəsində “AzParking” əməkdaşları piyada zolağında avtomobil qəzasına uğrayan vətəndaşa təcili tibbi yardım gələnə qədər həyati əhəmiyyətli müdaxilə ediblər.

Hadisə baş verən an əraziyə dərhal yaxınlaşan “AzParking”in sahə rəisi və bələdçilərdən ibarət işçi heyəti zərərçəkənə zəruri ilkin yardımı göstərib. Şirkətin i-patrul avtomobillərindəki xüsusi tibbi ləvazimatlar vətəndaşın vəziyyətinin nəzarət altında saxlanılmasında həlledici rol oynayıb.

“Qəza baş verən an heç bir tərəddüd etmədən köməyə qaçdıq”, - deyə prosesi idarə edən sahə rəisi bildirib.

“İ-patrul avtomobillərimizdəki ilkin yardım çantalarının tam təchizatlı olması bizə həkimlər gələnə qədər operativ addımlar atmağa imkan verdi. Bizim üçün insan həyatı hər şeydən önəmlidir”.

Hadisə şahidləri əməkdaşların bu fədakar və çevik davranışını yüksək qiymətləndirərək, onlara öz xüsusi təşəkkürlərini bildiriblər.

Bu hadisə qurumun parklanma əməliyyatları zamanı nizam-intizamı qorumaqları ilə yanaşı, həm də əməkdaşların hər zaman ekstremal vəziyyətlərə hazır olmasını və ictimai təhlükəsizliyə verilən dəyəri bir daha sübut edir.

“AzParking” - ölkə ərazisində parklanma sisteminin müasir standartlara uyğun həyata keçirilməsini təmin edən, şəhər nəqliyyatının idarə edilməsini rəqəmsallaşdıran və bu sahədə şəffaflığı təmin edən innovativ sistemdir. Bu rəqəmsal həll sürücülərə boş yerləri asanlıqla tapmaq və ödənişləri nağdsız qaydada həyata keçirmək imkanı yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi