xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ

7-05-2026, 16:00 6 dəfə baxılıb

Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ


Yaz mövsümündə havaların gözləniləndən daha sərin keçməsi cəmiyyətdə yay aylarının necə olacağı ilə bağlı suallar yaradır. Temperatur balansının pozulması və qeyri-sabit hava şəraiti iqlim dəyişikliklərinin təsirlərini daha qabarıq göstərir. Xüsusilə yaz aylarında soyuq hava kütlələrinin aktivliyi diqqət çəkən amillərdən biridir. Bunun fonunda belə bir sual aktuallaşır ki, yazın sərin keçməsi yayda kəskin istilərin olacağı ehtimalını artırır?

aia.az xəbər verir ki, məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a havaların bu cür sərin keçməsi yaz mövsümünə müəyyən qədər uyğundur, müəyyən qədər isə uyğun olmadığını bildirib.

"Çünki hava bəzən həddindən artıq sərin və soyuq olur. İsti günlərin sayı olduqca azdır. Bu isə iqlimdə baş verən dəyişikliklər, Arktik hava kütlələrinin və siklonların daxil olması ilə bağlıdır. Hətta qonşu Türkiyənin bəzi regionlarında qar yağıb. Bu da havanın kəskin soyumasının göstəricisidir və yaz fəslinə tam uyğun deyil".

Ekoloq deyib ki, vəziyyətin belə davam etməsi, yayda isti günlərin sayının artmasına səbəb olacaq:

"Çünki yağıntının çox olması və rütubətin artması nəticədə havanın daha isti keçməsinə təsir göstərən amillərdəndir. Bu isə isti günlərin sayını artıraraq istiləşmə prosesinin bir qədər uzanmasına gətirib çıxara bilər. Onsuz da son dövrlərdə ölkədə istiləşmə günlərinin sayı xeyli artıb. Buna görə də bu ilin də isti keçən yaylardan biri olacağı gözlənilir", - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi