14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
23-04-2026, 13:21
9 dəfə baxılıb
Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq edilməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istintaqa təhvil verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: