xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI

Bugün, 11:53 3 dəfə baxılıb



Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Musavat.com xəbər verir ki, ötən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verib.

O, bildirib ki, müvəkkilinin 4500 manat rüşvət almaqdan ittiham olunduğu hissə ümumi ittihamdan xaric olunmalıdır. Rasim Həsənov həmin vaxt Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının nə rəisi, nə də komissiyanın üzvü olub. Həmçinin müvəkkilinin himayəsində azyaşlı övladı olduğunu, bu səbəbdən onun ev dustaqlığına buraxılmasını xahiş edib. Dövlət ittihamçısı ev dustaqlığı vəsatətinin təmin edilməməsini, digər vəsatətin isə məhkəmə baxış iclasında baxılmalı olduğunu deyib. Məhkəmə ev dustaqlığı vəsatəti təmin etməyib.

Qeyd edək ki, Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi