xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Şirkətin əməkdaşı DÖYÜLDÜ: Restoran rəhbəri HƏBS EDİLDİ

9-04-2026, 12:38 7 dəfə baxılıb



Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşasını həyata keçirən şirkətin əməkdaşı döyülüb.

Hadisə Ağsu rayonunun Kalva kəndində yol tikintisi zamanı baş verib.

Rayon ərazisində fəaliyyət göstərən "Soyuqbulaq" restoranının sahibi Qorqud Məmmədov (soyad şərtidir - red.) şirkətin şəxsi heyət və texnikalarının qarşısını kəsərək yolun tikintisini dayandırmağı tələb edib. Sərxoş vəziyyətdə olan obyekt rəhbəri yolun bir hissəsinin ona məxsus restorana yaxın ərazidən keçdiyini iddia edib.

O, işçilərə bildirib ki, şirkətin rəhbəri əraziyə gəlməli və ona kompensasiya ödənilməlidir.

Əməkdaşlar sahibkarı sakitləşdirməyə çalışsalar da, Q.Məmmədov onlara məhəl qoymayıb və uzunluğu təxminən 1.7 metr olan armaturu götürərək şirkətin iş icraçısı Fərhad Ağayevə (soyad şərtidir - red.) hücum edib. Məmmədov iş icrasının başına və boyun nahiyəsinə həmin əşya ilə ağır xəsarətlər yetirib, həmçinin şirkətin texnikalarına ciddi ziyan vurub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, sahibkar isə oradan uzaqlaşa bilib. Polisin keçirdiyi əməliyyat nəticəsində Q.Məmmədov yeri müəyyənləşdirilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Məmmədov 5 il azadlıqdan məhrum edilib.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi