xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Bakıda qadınların 200-1000 manata aşkar "satışa" çıxarıldığı əxlaqsız sayt kimindir?

19-03-2026, 13:02 8 dəfə baxılıb



Bakıda qadınları fahişəliyə cəlb edərək gəlir əldə edən şəxs hakim qarşısına çıxarılıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində "escort.aze" adlı Telegram kanalının admini saxlanılıb.

34 yaşlı Bəhruz Səfərov (ad şərtidir) sosial şəbəkədə yaratdığı qrup vasitəsilə 8 qadının yarıçılpaq foto və videolarını yayaraq onların reklamını təşkil edib. O, bu fəaliyyəti qarşılığında qadınlardan hər həftə müəyyən məbləğdə pul yığıb. İstintaq materiallarında Bəhruzun "Batya" və "Fidoş" ləqəbli şəxslərlə əlbir olduğu, müştərilərin müxtəlif otellərə yönləndirildiyi qeyd olunur.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ailəli olduğunu və taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O, əməlini maddi qazanc əldə etmək məqsədilə törətdiyini etiraf edərək peşman olduğunu deyib.

Zərərçəkən qadınların acı taleyi isə diqqət çəkib. Onların arasında boşanmış qadınlarla yanaşı, hələ yetkinlik yaşına çatmayan 16 yaşlı qızın da olduğu üzə çıxıb. Qadınlar ifadələrində çarəsizlikdən bu yola əl atdıqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə Bəhruz Səfərova qarşı 3000 manat məbləğində cərimə cəzası kəsilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.(lent.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi