xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Maşının üstünə çıxan piyadanı ağır cəza gözləyir - AÇIQLAMA

26-01-2026, 11:37 3 dəfə baxılıb

Maşının üstünə çıxan piyadanı ağır cəza gözləyir - AÇIQLAMA


Bakıda metronun “Əhmədli” stansiyasının yaxınlığında piyada ilə sürücü arasında yaşanan qeyri-adi insident müzakirələrə səbəb olub.

Ötən gün baş verən hadisəyə səbəb piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsünün yolu keçməkdə olan piyadaya qışqırması olub.
Sürücünün bu hərəkətini görən piyada isə qaçaraq avtomobilin üzərinə çıxıb.

Hadisəni lentə alan sürücü polisin qaynar xəttinə məlumat verdiyini desəə də, DİN hələlik rəsmi açıqlama verməyib.

Məsələ ilə bağlı müzakirələrə qoşulan hüquqşünas Sahib Məmmədov görüntülərə əsasən bildirib ki, sürücünün hərəkəti inzibati xəta olsa da, piyadanın davranışı cinayət məsuliyyəti yarada bilər:

“Çoxları piyadanın hərəkətlərinə haqq qazandırır. Qanunvericiliyə görə, sürücü əgər piyadaların hərəkətinə mane olması müəyyən olunarsa, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən, törətdiyi inzibati xətaya görə 50 manat cərimə oluna bilər.

Amma piyadanın hərəkəti daha ciddi xəta, hətta cinayət məsuliyyəti hesab oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, 5 000 manatdan çox olmayan "az miqdarda" ziyan vurulduqda, ziyanın bir misli ilə iki misli arasında cərimə tətbiq edilir.

Daha böyük məbləğdə ziyan vurulması hallarında isə cinayət məsuliyyəti yaranır və haldan asılı olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli kimi qiymətləndirlə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi