xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 

AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi

23-12-2025, 12:04 4 dəfə baxılıb



"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdan Qroznıya reys həyata keçirərkən qəzaya uğramış təyyarə qəzası ilə bağlı təhqiqatlar illərlə davam edə bilər.

Bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.

"Qazaxıstan dövlət komissiyasının tam hesabatına gəlincə, adətən beynəlxalq qanunlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur. Burada şərt qoyulmur, tövsiyə olunur. Çünki bunun nəticələri olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin", - deyə İ. Əmirov bildirib.

O qeyd edib ki, qəza hadisələri ilə bağlı təhqiqatlar əgər buna ehtiyac varsa illərlə davam edə bilər: "Məsələn, hər hansı bir təhqiqat gedirsə, təyyarənin bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda ona "açılış" edib baxırlar. Bu çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, qəzanın araşdırması bir ilə başa çatdırılsın. Məhdudiyyət qoyulmur ki, yaranmış təhqiqat komissiyası o vaxt məhdudiyyətinin təsirindən hər hansı bir qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb".//Report






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi