xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 10:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 10:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 10:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür

27-10-2025, 09:51 7 dəfə baxılıb

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür


İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.

"2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi