xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 
  • 10:07 – İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir 

Məmurun evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi

3-10-2025, 13:11 2 dəfə baxılıb

Məmurun evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi


Bakının Binəqədi rayonu ərazisində mənzillərdən birindən içində 340 min manat olan seyf oğurlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis tərəfindən həyata keçirilən tədbirlərlə oğurluğun 1986-cı il təvəllüdlü Ş.Hüseynova və onun əmisi oğlu 1991-ci il təvəllüdlü Q.Hüseynov tərəfindən törədilməsi müəyyən edilib.

Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə açılmış işin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə məlum olub ki, ev sahibi E.Müseyibov nazirliklərdən birinin vəzifəli şəxsidir. Oğurluğa görə tutulmuş qadın isə ev sahibinin oğlunun sevgilisi olub.

Belə ki, ailəli şəxs məmurun oğlu ilə 2021-ci ildən sevgili olub. Onlar əsasən E.Müseyibovun oğlunun istəyi ilə evdə görüşüblər və bu zaman Ş.Hüseynova seyfin yerini öyrənib. O, qeyri-qanuni yolla sevgilisinin atasının evinin açarını əldə edərək nüsxəsini çıxartdırıb və evdə kimsənin olmadığı vaxt oğurluq cinayətini törədib. Daha sonra seyf Bakıdan Şəmkirə aparılaraq açılıb. Həmin pulun bir hissəsi ilə özünə bahalı avtomobil alıb.

Qadın məhkəmədə bildirib ki, seyfi ona sevgilisi özü verib və pulları hədiyyə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə Ş.Hüseynovaya və əmisi oğluna 5 il həbs cəzası verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi