xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Adnan Əhmədzadə İsveçrədə yarım milyonluq cərimə edilibmiş

26-09-2025, 14:11 5 dəfə baxılıb

Adnan Əhmədzadə İsveçrədə yarım milyonluq cərimə edilibmiş


SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ötən il Cenevrədə fantastik məbləğdə cərimə ödəyib.

“Lent.az xəbər verir ki, Adnan Əhmədzadə yol hərəkət qaydalarını pozduğuna, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və bunu bir neçə dəfə təkrarladığına görə 225 000 İsveçrə frankı (günün məzənnəsi ilə 478 575 AZN) cərimə ödəyib.

İsveçrə mediasında həmin vaxt olayın təfərrüatı yazılıb.

Medianın yazdığına görə, Əhmədzadə Cenevrədə yol hərəkət qaydalarını pozduğu üçün əvvəlcə 10 000 İsveçrə frankı məbləğində cərimələnib və sürücülük vəsiqəsi əlindən alınıb.

Buna baxmayaraq, o, Yeni İli qeyd etmək üçün özünə məxsus “Audi” markalı avtomobillə yenidən Qondo sərhəd keçid məntəqəsindən İsveçrəyə daxil olub. Orada iş adamını dərhal dayandırıblar, sərhədçilər onun sürücülük vəsiqəsi olmadan maşın idarə etdiyini müəyyən ediblər. O, 1750 İsveçrə frankı məbləğində 130 gündəlik cərimə cəzasına məhkum edilib.

Cəmi bir ay sonra Əhmədzadə Simplon keçidində avtomobilinin yoxlanılması üçün yenidən saxlanılıb. Yuxarı Valais dövlət prokurorunun qərarına əsasən, “təqsirləndirilən şəxs sınaq müddəti ərzində eyni qaydada yenidən cinayət törədib və davranışına görə peşman olmayıb”. Ona görə də onun gələcəkdə oxşar cinayətlər törətməsi istisna edilməyib.

Cenevrə ədliyyə orqanlarının təyin etdiyi üçillik dayandırılmış cərimə ləğv edilib. Cəza əmrinə əsasən, Əhmədzadə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə təqsirli bilinib. O, ümumilikdə 225 000 CHF məbləğində cərimələnib.

Adnan Əhmədzadə isə bu cəriməni ödəyəndən sonra İsveçrəni tərk edə bilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi