xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb

18-09-2025, 11:50 959 dəfə baxılıb

Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb


Yekaterinburq prokurorluğu 2000-ci ildə iş adamı Aleksey Zubakini qətlə yetirməkdə ittiham olunan azərbaycanlı biznesmen Nəsimi Məmmədov barəsində çıxarılan bəraət hökmünü növbəti dəfə ləğv etməyə çalışıb.

Bu barədə məlumatı “Ura.ru” agentliyi yayıb.

Sentyabrın 17-də məsələyə baxan Sverdlovsk vilayət məhkəməsi isə N.Məmmədov barəsində verilən hökmü qüvvədə saxlayıb.

Maraqlıdır ki, bundan əvvəl məhkəmə üç dəfə azərbaycanlı iş adamının günahsız olduğu barədə qərar çıxarıb. Amma Rusiyanın prokurorluq orqanları məhkəmə qərarları ilə razılaşmaq istəmir.

Qətl hadisəsi 2000-ci il dekabrın 21-də A.Zubakinin evinin yaxınlığında baş verib. Mərhum Dmitri Deyç adlı şəxslə görüşmək üçün avtomobili ilə evinin yerləşdiyi küçəyə yaxınlaşıb. Zubakin binaya daxil olmaq istədikdə, naməlum şəxs iki tapançadan ona atəş açıb. İş adamı hadisədən iki gün sonra xəstəxanada vəfat edib.

Qatili isti izlərlə saxlamaq mümkün olmayıb. Zubakinin həm də ailəvi dostu olan Deyç hadisədə şahid olaraq göstərilib, ölümündən sonra isə biznesinin əsas sahibinə çevrilib.

2022-ci ilin martında isə Dmitri Deyç, mütəşəkkil cinayətkar dəstənin keçmiş lideri Mixail Klok və Nəsimi Məmmədov saxlanılıb. Bu zaman Deyç biznes şərikinin qətlini 15 min dollar müqabilində Kloka sifariş etdiyini bildirib. M.Klok isə saxlanıldıqdan sonra guya istintaqla əməkdaşlıq edib və bildirib ki, qətli onun keçmiş sürücüsü Nəsimi Məmmədov icra edib. Azərbaycanlı isə öz növbəsində qətldə iştirakını təkzib edib.

Məmmədovun vəkilləri bildirib ki, müvəkkillərinin eyni anda iki tapança ilə atəş açmaq bacarığı yoxdur. Bununla yanaşı, onun həmin gün xəstəxanada olduğu təsdiq olunub.

2023-cü ildə Deyç xəstəlikdən vəfat edib, Məmmədovu isə məhkəmə günahsız elan edib. Yekaterinburq prokurorluğu üç dəfə bəraət hökmünün ləğvinə çalışsa da, buna nail olmayıb./“Qafqazinfo”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi