xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

İstirahət mərkəzində ailə faciəsi: ölənlərin adları... - Foto

5-09-2025, 11:37 1 dəfə baxılıb



Naxçıvanda bədbəxt hadisə baş verib.

Report istinadən xəbər verir ki, hadisə bu gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.

İstirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb.

Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri yolda qəzaya düşüb. Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Nicat Tural oğlu Hüseynov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

***

Şahbuzda istirahət mərkəzində su üzərində olan - əldə hazırlanmış platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub

Hadisə zamanı 1983-cü il Sevinc Abdulla qızı Hüseynova, onun qızı 2011-ci il təvəllüdlü Ceyran Tural qızı Hüseynova və nənə, 1947-ci il təvəllüdlü Səbinə Xəlil qızı Məmmədova vəfat edib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi