xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Serbiya dağılır: Ölkə boyu kütləvi iğtişaşlar, xəsarət alan polis zabitləri var - SƏBƏBİ NƏDİR?

14-08-2025, 10:50 5 dəfə baxılıb



Serbiyanın bir neçə şəhərində gecə saatlarından etibarən yeni dalğa iğtişaşlar başlayıb.

Novi-Sadda baş verən toqquşmalarda iki qrup arasında qarşıdurma yaşanıb, iğtişaşlar zamanı pirotexnika ilə insanlara atəş açıldığı bildirilib. Nəticədə bir polis əməkdaşı yaralanıb, hakim Serb Xalq Partiyasının qərargahının pəncərələri sındırılıb.

Gərginlik təkcə Novi-Sadla məhdudlaşmayıb. Belqrad, Niş, Kralevo, Kragujevas, Qorni Milanovaç və Yaqodinədə də küçələrdə etirazlar və iğtişaşların davam etdiyi qeyd olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə toqquşmalar və dağıntılar əks olunub.

Prezident Aleksandar Vuçiç etirazların fonunda paytaxt Belqradda tərəfdarlarının arasında çıxış edərək bildirib: “Nə qədər nəfəs alıram, damarlarımda qan axır, Serbiyanı həm xaricdən, həm də daxildəki nökərlərdən qoruyacağam”. O, həmçinin açıqlayıb ki, baş verən iğtişaşlarda azı 16 polis zabiti xəsarət alıb.

Qeyd edək ki, ölkədə bu etirazların əsas səbəbi korrupsiya qalmaqalları və dövlət idarəçiliyində məsuliyyətsizliklə bağlı narazılıqlardır. Xüsusilə Novi-Saddakı dəmiryolu stansiyasının damının uçması nəticəsində onlarla insanın həyatını itirməsi ictimai qəzəbi gücləndirib. Etirazçılar erkən parlament seçkiləri, korrupsiyaya son qoyulması və Vuçiç hakimiyyətinin məsuliyyət daşımasını tələb edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi