14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanlı zəvvarlar aldadıldı: Kərbəlaya gedəcəkdilər, Tiflisə apardılar
13-08-2025, 13:01
3 dəfə baxılıb
Kərbəla ziyarətinə gedən zəvvarları aldadıb Tiflisdə yarıyolda qoyublar.
Bu barədə zərərçəkən zəvvarlar "Xəzər Xəbər”ə müraciət ediblər.
Onlar "Risalət Travel”in rəhbərinin Kərbəla Ziyarətinə gedən zəvvarları çətin vəziyyətə saldığını iddia edirlər.
Onlar bildirirlər ki, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov isə zəvvarları Gürcüstanın Tiflis şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb.
Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərlərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.
Ətraflı süjeti təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: